
BAKI, 24 fevral. TELEQRAF
2025-ci ilin yanvarında ölkə üzrə geyim, dəri və ayaqqabı sənayesində bir sıra əsas məhsulların istehsalı artıb.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata əsasən, üst geyim istehsalı 77.3 min ədəd təşkil edib. Bu da ötən illə müqayisədə 2 dəfə artım deməkdir.
İstehsalat və peşə geyimləri isə 134.6 min ədədə çatıb (42.6% artım). Alt geyim istehsalı 90.3 min ədəd olmaqla 3.9 dəfə yüksəlib. Digər geyim məhsulları, xüsusilə corab istehsalında da (111.2 min cüt) artım müşahidə olunub.
Dəri və ayaqqabı istehsalı sektorunda da yüksəliş diqqət çəkir. Emal edilmiş dərinin istehsalı 175% artaraq 0.7 min kv.m-ə çatıb, ayaqqabı istehsalı isə 126% artaraq 43.6 min cüt təşkil edib.
İstehsalın böyük hissəsi yerli bazara çıxarılıb.
Qeyd edək ki, Azərbaycanda “Bakı Tikiş Sənaye (BTS) ASC, “Cavidan-N” MMC,, “Cici” tekstil fabriki, “V Nine” tikiş sexi, “B Dizayn” şirkəti, “Azərxalça” Elm İstehsalat Birliyi, “Akkord” tikiş fabriki, “Əyrici-toxucu” ASC,“Toxucu” ASC, “Sumqayıt Xovlu İplik” fabriki kimi geyim istehsalı müəssisələri fəaliyyət göstərir.