
TBİLİSİ, 24 fevral. TELEQRAF
“Gələn il Orta Dəhliz vasitəsilə 600 blok qatarın daşınması planlaşdırılıb”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili deyib.
O, qatarların Çindən göndəriləcəyini qeyd edib.
“Yeni yüklərlə bağlı artıq razılıq var. Bu, həm də Orta Dəhlizin stimullaşdırılması baxımından çox vacib olacaq”, - deyə L.Davitaşvili bildirib.
Nazirin sözlərinə görə, Gürcüstanda dəmir yollarının modernləşdirilməsi layihəsi 2025-ci ildə başa çatdırılacaq və bu da yolların sürətini, təhlükəsizliyini və ötürücülük qabiliyyətini artıracaq.