
BAKI, 24 fevral. TELEQRAF
Hacıqabul şəhərində ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 2 otağının döşəməsi 49 m² sahədə yanıb. Yüksək temperaturdan 2 otağın qapısı və 1 otağın plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.