BAKI, 24 fevral. TELEQRAF

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakının Nərimanov, Səbail, Nizami, Binəqədi, o cümlədən, Xəzər, Qaradağ, Pirallahı, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işlərinin satın alınması ilə bağlı açıq tenderlər elan edib.

Teleqraf xəbər verir ki, paytaxtın 12 rayonunda tikinti işləri ilə bağlı iki satınalma elanı verən qurumun tenderdə irəli sürdüyü qiyməti 48 milyon 500 min manatdır.

Qeyd edək ki, hər iki satınalma üzrə təkliflərin son təqdimolunma tarixi aprelin 21-dir. Zərflər də həmin gün açılacaq.