
BAKI, 24 fevral. TELEQRAF
Fevralın 25-dən etibarən Azərbaycan Milli Konservatoriyasında dərslər ənənəvi qaydada davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə məlumat konservatoriyanın sosial media hesabında paylaşılıb.
Qeyd edək ki, mövcud hava şəraiti nəzərə alınaraq, əksər ali məktəblərdə olduğu kimi Azərbaycan Milli Konservatoriyasında da tədrisin fasiləsizliyini təmin etmək məqsədilə bu gün dərs prosesi hibrid formada keçirilib. Qrup dərslərinin onlayn formatda, fərdi dərslərin isə yalnız mümkün olduğu təqdirdə ənənəvi qaydada keçiriləcəyi açıqlanmışdı.