BAKI, 24 fevral. TELEQRAF

Ukraynanı dərhal silahlandırmalıyıq, əks halda nə baş verə biləcəyini hamı bilir.

Teleqraf xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen deyib.

Qurum rəhbəri Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropanın gələcəyi üçün ən böyük böhran olduğunu vurğulayıb:

“Putin müharibədə qalib gəlmək üçün hər cür səyi göstərir. O, Ukraynanın təslim olmasını istəyir və biz bundan sonra nə baş verə biləcəyini bilirik”.

Leyenin fikrincə, söhbət təkcə Ukraynanın yox, həm də Avropanın taleyindən gedir:

“Bizim əsas prioritetimiz Ukraynanın dayanıqlığını genişləndirmək, onu gücləndirməkdir. İndiyədək Avropa İttifaqı və onun üzvü olan ölkələr Ukraynaya 145 milyard avro yardım edib. Bu, hamının etdiyi yardımdan daha çoxdur”.

Avropa Komissiyasının sədri onu da vurğulayıb ki, paralel olaraq Ukrayna dərhal silahla təmin olunmalıdır: “Bu, növbəti bir neçə həftə ərzində fəaliyyətimizin mərkəzində olacaq”.