
BAKI, 24 fevral. TELEQRAF
İraqın neft naziri Hayyan Əbdül Qani Bağdadda keçirilən konfransda çıxışı zamanı Kürdüstan Regional Hökumətindən Türkiyəyə xam neft ixracının yaxın günlərdə bərpa olunacağını qeyd edib.
Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, nazir, Rəsmi Ankaranın təsdiqindən sonra ixrac prosesinin sürətlənəcəyini bildirib:
"Ümid edirik ki, növbəti iki gün ərzində ixracı bərpa edəcəyik",- deyə nazir qeyd edib.
İraqın Neft Nazirinin müavini Bəsim Məhəmməd isə gündəlik təxminən 185 min barel xam neft nəql ediləcəyini deyib.
Qeyd edək ki, İraqın Türkiyəyə neft ixracatı iki il əvvəl ödəmə mübahisəsi səbəbindən dayandırılmışdı.