BAKI, 24 fevral. TELEQRAF

ASCO-nun “Xocalı” adlı quru yük gəmisi, ABŞ-nın Kaliforniya ştatında yerləşən Lonq-Biç limanından götürdüyü 30 min ton kükürd yükünü Meksikanın Santa Rosalia limanında boşaldıb.

Teleqraf xəbər verir ki, yük boşaldıldıqdan sonra gəmi ballast suyu alaraq yeni yüklər üçün ABŞ-nin Portland limanına yola düşüb.

Qeyd edək ki, gəmi 2024-cü ilin mayında istifadəyə verilmiş və məhdudiyyətsiz üzmə qabiliyyəti ilə seçilir. Onun dedveyti 38 593 ton, uzunluğu 180 metr, eni 30 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzeldir və yüksək yük tutumu sayəsində dayaz limanlara da asanlıqla daxil ola bilir.