BAKI, 24 fevral. TELEQRAF

Bu ilin yanvar ayında ölkədə 29,7 min ton polad tökmə və 13,9 min ton polad borular istehsal edilib.

İqtisadiyyat Nazirliyindən Teleqraf-a bildirilib ki, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə polad tökmə istehsalı 3,5 faiz və ya 1 min ton, polad boruların istehsalı isə 3,9 dəfə və ya 10,3 min ton artıb.

Cari ilin fevral ayının 1-nə polad tökmə və polad borular üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 4,3 min ton və 3,7 min ton təşkil edib.