
BAKI, 24 fevral. TELEQRAF
Paytaxt ərazisində aptek və mağazalardan oğurluq edən şəxslər saxlanılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, paytaxtın ayrı-ayrı rayonlarında yerləşən 1 aptek və 2 mağazadan oğurluqlar edilməsi, nəticədə zərərçəkənlərə ümumilikdə 1450 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən - 34 yaşlı V.Məhərrəmov, 39 yaşlı R.İsmayılov, 25 yaşlı K.Qasımov, əvvəllər məhkum olunmuş 27 yaşlı S.Bəkirov və 23 yaşlı H.Bəkirov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırmalar aparılır.