BAKI, 24 fevral. TELEQRAF

“Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalınması ilə əlaqədar açıq tender elan edib.

Teleqraf xəbər verir ki, bəhsi keçən tenderin ehtimal olunan qiyməti 526 min 675 manatdır.

Tenderdə iştirak haqqı isə 450 manatdır.

Qeyd edək ki, müsabiqə martın 18-ə qədər davam edəcək.