BAKI, 24 fevral. TELEQRAF

Azərbaycanla NATO-nun Dəniz Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzi arasında saziş imzalanıb.

Teleqraf Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, imzalanma mərasimində NATO-nun Transformasiya Komandanlığında sponsor ölkələr (Türkiyə, Portuqaliya, Rumıniya və Yunanıstan) və Azərbaycanın nümayəndələri iştirak ediblər.

Sazişə əsasən, Azərbaycan bayrağı Dəniz Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzində dalğalanacaq və rəsmi Bakının daimi nümayəndəliyi sözügedən quruma təyin olunacaq.

Qeyd edək ki, qurum NATO-nun dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış tədqiqat və təlim mərkəzlərindən biridir.

Mərkəzin əsas funksiyaları dəniz təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, tədqiqat, təhlil, dənizdəki təhdidlər və riskləri araşdıraraq NATO ölkələrinə tövsiyələr verir.

Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi 2023-cü ilin mart ayında rəsmi olaraq Türkiyənin İstanbul şəhərində fəaliyyətə başlayıb.