BAKI, 24 fevral. TELEQRAF

Bu ilin yanvar ayında ölkədən 7,39 milyon ABŞ dolları dəyərində 8 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər və həcm ifadəsində 2,8 dəfə çoxdur.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,24 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3 faizə bərabər olub.