BAKI, 24 fevral. TELEQRAF
İrəvandakı “Qələbə” parkında İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə təhqir edilib.
Teleqraf TASS-a istinadla xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində məsələ ilə əlaqədar foto və videolar yayılır.
Kadrlardan görünür ki, fevralın 23-də oraya qoyulan əklillər ətrafa səpələnib və dağıdılıb.
Ermənistanın təhlükəsizlik orqanları və Rusiyanın İrəvandakı səfirliyindən baş verənlərlə bağlı TASS-a şərh verilməyib.
Mənbə əməlləri törədənləri “vandallar” adlandırıb.
Rusiya agentliyi yazır ki, İrəvanda İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinin təhqir olunması ilk dəfə deyil. 2024-cü il yanvarın 30-da ermənilər Leninqrad mühasirəsində həyatını itirənlərin abidəsi önünə qoyulmuş əklilləri məhv etmişdilər.