BAKI, 24 fevral. TELEQRAF

Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 61,9 milyon manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 101,8 milyon manat sığorta haqqı toplanılıb.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvarı ilə müqayisədə müvafiq olaraq 37,5 faiz və 8,1 faiz artım deməkdir.

Hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 35,4 faiz artaraq 29,5 milyon manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 6,7 fazi artaraq 18,1 milyon manat olub.