BAKI, 24 fevral. TELEQRAF

Bu ilin yanvar ayında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8% artaraq 487 milyon 159.3 min manata çatıb.

Teleqraf xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gömrük rüsumları üzrə daxilolmalar 145,014 milyon manat, əlavə dəyər vergisi üzrə daxilolmalar 359,252 milyon manat, aksizlər üzrə daxilolmalar 18,952 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 3,939 milyon manat təşkil edib.