ŞƏMKİR, 24 fevral. TELEQRAF
Ötən il Azərbaycanın özəl damazlıq təsərrüfatları 11 milyon 399 min 625 manat dəyərində 2542 baş inək idxal edib.
Teleqraf xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2389 baş azdır.
Bir baş damazlıq inəyin orta alış qiyməti 4 min 484.51 manata başa gəlib. Bu, 2023-cü illə müqayisədə 545 manat çoxdur.