BAKI, 24 fevral. TELEQRAF

Nizami rayonu ərazisində yerləşən evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyaları və 1000 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı A.Alkişiyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 600 manatını oğurlamaqda şübhəli bilinən 32 yaşlı F.Məmmədovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Faktla bağlı araşdırmalar aparılır.