BAKI, 27 mart. TELEQRAF
İran hakimiyyəti milli idman komandalarının və klub kollektivlərinin “dost olmayan” ölkələrdə keçirilən yarışlara səfərini qadağan edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, milli komandalar və klublar İran idmançılarının təhlükəsizliyini təmin edə bilməyən və ölkəyə qarşı qeyri-dost mövqedə olan dövlətlərdə keçirilən idman tədbirlərində növbəti bildirişədək iştirak etməyəcək.
Məlumata görə, hansı ölkələrin “dost olmayan” siyahısına daxil edildiyi açıqlanmayıb. Bununla belə, İranın “Traktor” futbol klubunun Səudiyyə Ərəbistanı ərazisində oyun keçirməyəcəyi qeyd olunub.