BAKI, 13 sentyabr. TELEQRAF

ABŞ təmsilçilərindən “İnter Mayami” MLS-də “Neşvil”lə heç-heçə edib.

Teleqraf xəbər verir ki, 13 sentyabr gecəsi keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi komandası üçün qollardan birini vurub. Bu, 39 yaşlı hücumçunun cari mövsümdə 19-cu qolu olub.

Messi bu nəticə ilə MLS-də bombardirlər yarışında liderliyə yüksəlib. O, 18 qolla ikinci olan “Dallas”ın futbolçusu Petar Musanı geridə qoyub.