BAKI, 13 sentyabr. TELEQRAF

İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə bölgəsinə artilleriya zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail hərbçiləri Zəvtər əş-Şərqiyyə ərazisini artilleriya atəşinə tutublar.

Bundan əvvəl Livanın Xiam şəhərində baş verən partlayışın yaxınlıqdakı bir neçə yaşayış məntəqəsində pəncərələrin sınmasına səbəb olduğu bildirilmişdi.

Qeyd olunur ki, ABŞ-nin vasitəçiliyi ilə əldə olunan “atəşkəs”dən sonra İsrail Livanın cənubunda hərbi əməliyyatlarını davam etdirir. Bölgəyə hava zərbələri endirilir və quru əməliyyatları həyata keçirilir.