BAKI, 4 sentyabr. TELEQRAF

Qadınlardan ibarət milli komandanın baş məşqçisi Evren Alkaya ilə Azərbaycan Basketbol Federasiyası arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.

Bu barədə Teleqraf-a ABF-dən məlumat verilib.

2022-ci ildən Azərbaycan Basketbol Federasiyasında fəaliyyət göstərən Evren Alkaya bu müddətdə qadınlardan ibarət əsas milli komandamıza, həmçinin U16, U18 və U20 qız yığmalarımıza rəhbərlik edib. O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandalarımızın başında yer alıb. Onun rəhbərliyi altında U16 qızlardan ibarət milli komandamız 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U18 millimiz isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb. Evren Alkaya fəaliyyəti dövründə gənc basketbolçuların inkişafına və onların əsas milli komandaya hazırlanmasına xüsusi diqqət ayırıb.