BAKI, 13 sentyabr. TELEQRAF
Premyer Liqa klublarından “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton İngiltərənin nəhəng klublarının diqqət mərkəzinə düşüb.
Teleqraf xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Liverpul”, “Çelsi” və “Nyukasl” maraqlanır.
Uortonun qarşıdakı transfer pəncərələrində “Kristal Pelas”dan ayrılmaq istədiyi bildirilir.
London klubu isə aparıcı oyunçusunun satışından ən azı 75 milyon funt-sterlinq (təxminən 87 milyon avro) gəlir əldə etməyi planlaşdırır.
Uorton 2024-cü ilin fevralından “Kristal Pelas”da çıxış edir. Onun klubla müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.