BAKI, 13 sentyabr. TELEQRAF

“SpaceX” şirkətinin rəhbəri İlon Mask süni intellektin yaratdığı ciddi təhlükələr barədə hələ 12 il əvvəl xəbərdarlıq etdiyini xatırladıb.

Teleqraf xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkəsində paylaşım edib.

O, 2014-cü il avqustun 2-də yayımladığı paylaşımı yenidən paylaşaraq “12 il əvvəl” qeydini yazıb.

Həmin paylaşımında Mask süni intellektə qarşı son dərəcə ehtiyatlı olmaq lazım olduğunu və onun potensial olaraq nüvə silahından daha təhlükəli ola biləcəyini bildirmişdi.