BAKI, 13 sentyabr. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin yüksəkrütbəli rəsmisi ABŞ hərbi gəmilərinə Hürmüz boğazına yaxınlaşmamaqla bağlı xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
SEPAH-ın HDQ komandanının siyasi məsələlər üzrə müavini ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının Vaşinqtonun nəzarətində olması barədə iddialarını təkzib edərək sərt reaksiya bildirib:
"Əgər Hürmüz boğazı amerikalıların nəzarətindədirsə, buyursunlar – hərbi gəmilərindən birini 100 kilometrlik məsafəyə yaxınlaşdırsınlar".
İran rəsmisi əlavə edib ki, ABŞ qüvvələri həmin əraziyə yaxınlaşacaq hər hansı gəminin İran silahlı qüvvələrinin adekvat cavabı ilə qarşılaşacağını yaxşı bilirlər. O, son günlərdə analoji insidentlərin artıq baş verdiyini də diqqətə çatdırıb.