BAKI, 13 sentyabr. TELEQRAF
Macarıstanın sabiq Baş naziri Viktor Orban ölkədə Peter Madjarın rəhbərlik etdiyi yeni hökumətə qarşı müxalifətin aktiv mübarizəyə başladığını açıqlayıb. O, yeni hakimiyyəti “neokommunistlər” adlandıraraq ölkədə siyasi diktatura qurulduğunu iddia edib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Orban bildirib ki, Madjar hökumətinə qarşı əvvəlki yumşaq münasibət dövrü başa çatıb və müxalifət bundan sonra fəal müqavimət göstərəcək.
“Neokommunistlərə qarşı yumşaq münasibət dövrü başa çatıb. Biz çağırışı qəbul edir və mübarizəyə başlayırıq”, - deyə Orban sosial şəbəkədə yazıb.
O, bu fikirlərini rəhbərlik etdiyi “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyasının tədbirindəki çıxışından görüntülərlə müşayiət edib.