BAKI, 4 sentyabr. TELEQRAF
Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı Qran-Pridə Azərbaycan təmsilçisi Sabir Zeynalov qalib gəlib.
Teleqraf xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçu Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xiang Weni qalib gəlib.
Finalda isə braziliyalı Gustavo Ruppeli məğlub edərək turnirin qızıl medalını qazanıb.