BAKI, 3 sentyabr. TELEQRAF
Transfer çalışmalarını davam etdirən “Şahdağ Qusar” heyətinə daha bir futbolçu cəlb edib.
Teleqraf I liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah”dan Həmzəalı Mikayılov mövsümün sonuna qədər icarəyə götürülüb.
Qeyd edək ki, müdafiəçi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin da üzvüdür.