BAKI, 13 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin Mayamidə keçiriləcək G20 sammitində görüşü mümkün deyil.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov "AFP" agentliyinə açıqlamasında bildirib.
O, Putinin Zelenski ilə yalnız Moskvada görüşməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ tərəfindən Rusiya liderinin G20 sammitinə dəvət olunacağı təqdirdə Mayamiyə getməyə və Putinlə görüşməyə hazır olduğunu bildirmişdi.