BAKI, 13 sentyabr. TELEQRAF
Hörmüz boğazından keçən gəmi naməlum mərmi ilə atəşə tutulub və mərmi gəmiyə dəyib.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Qeyd olunub ki, hadisə gəmi Hörmüz boğazını keçərkən baş verib. Naməlum mərmi gəmiyə dəyib.
Hazırda ekipaj üzvlərinin vəziyyəti, gəmiyə dəyən zərər və hadisənin digər nəticələri barədə məlumat yoxdur.