BAKI, 13 sentyabr. TELEQRAF
Ukrayna Rusiyanın ölkə ərazisinə buraxdığı 453 pilotsuz uçuş aparatından (PUA) 409-unu zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri sentyabrın 12-si saat 18:00-dan etibarən Ukraynaya “Shahed”, “Herbera”, “Parodiya” tipli dronlar və S8000 “Banderol” aparatları ilə hücum edib.
İlkin məlumata görə, sentyabrın 13-ü saat 08:00-a qədər 405 PUA və 4 S8000 “Banderol” vurulub və ya sıradan çıxarılıb.
Qeyd edək ki, Xmelnitski vilayətində PUA qalıqlarının düşməsi nəticəsində müəssisədə yanğın baş verdiyi bildirilib.