BAKI, 13 sentyabr. TELEQRAF
Fransanın sağçı “Fransa, ayağa qalx” partiyasının lideri Nikola Dyüpon-Enyan Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynaya əlavə 6,1 milyard avro ayrılması qərarını tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə Nikola Dyüpon-Enyan sosial şəbəkə hesabında paylaşım edib.
O yazıb ki, Fransada dövlət xəzinəsi boşalır, vergilər sürətlə artır və fransızlardan hələ də qənaət etmələri tələb olunur. Buna baxmayaraq, vəsait ölkədən kənara xərclənməkdə davam edir.
Siyasətçi Avropa İttifaqının vəsaitlərini başqalarının münaqişələrinə xərclədiyini bildirib. Onun sözlərinə görə, eyni zamanda Aİ öz vətəndaşlarından daha çox fədakarlıq tələb edir.