BAKI, 13 sentyabr. TELEQRAF

BRİKS ölkələri beynəlxalq meydanda vəziyyəti sabitləşdirmək üçün Qlobal Cənub dövlətləri ilə sıx birləşməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin BRİKS ölkələrinin və tərəfdaş dövlətlərin liderlərinin iclasındakı çıxışı zamanı bildirib.

Çin lideri qlobal sabitliyin təmin olunmasında təşkilatın tarixi məsuliyyət daşıdığını diqqətə çatdırıb:

"Dünyadakı vəziyyəti sabitləşdirmək və yaxşılaşdırmaq üçün BRİKS ölkələri tarixi təşəbbüsü üzərlərinə götürməli, Qlobal Cənubun çoxlu sayda ölkəsi ilə birləşməli, beynəlxalq işlərdə müsbət, sabitləşdirici və konstruktiv rol oynamalı, həmçinin bəşəriyyətin ümumi rifahına töhfə verməlidir".