BAKI, 13 sentyabr. TELEQRAF
ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda uşaq meydançasında baş verən atışma nəticəsində iki kişi həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə şəhər Polis Departamenti məlumat yayıb.
Məlumata görə, hadisə sentyabrın 11-i axşam saatlarında Bruklinin Braunsvill rayonundakı "Howard Playground"da baş verib. Polis əməkdaşları hadisə yerinə gəldikdə 33 və 35 yaşlı iki kişini odlu silah yaraları ilə aşkarlayıblar.
Hər iki şəxs xəstəxanaya çatdırılıb, lakin onların həyatını xilas etmək mümkün olmayıb.
Polisin məlumatına görə, hazırda hadisə ilə bağlı heç kim saxlanılmayıb. Araşdırma davam edir. Hadisənin motivi və atəş açan şəxsin kimliyi hələlik açıqlanmayıb.