BAKI, 13 sentyabr. TELEQRAF
Filippində sərnişin bərəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76-ya yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində daha 41 nəfərin meyit qalıqları aşkarlanıb və bununla da təsdiqlənmiş ölüm sayı 76-ya çatıb. 43 nəfərin xilas edildiyi bildirilir. Daha 13 nəfər itkin düşmüş hesab olunur.
Yanğın sentyabrın 9-da Maniladan Palavan əyalətinin Koron şəhərinə gedən “MV June Aster” bərəsində baş verib. Yanğın tam söndürüldükdən sonra xilasedicilər gəminin bəzi hissələrinə daxil ola biliblər. Sıx tüstü və yüksək temperatur əvvəlcə axtarış-xilasetmə işlərini çətinləşdirib.
Hazırda məhkəmə-tibbi ekspertləri ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində işləyirlər. Yanğının səbəbi ilə bağlı araşdırma davam edir.