BAKI, 13 sentyabr. TELEQRAF
İndoneziya sahillərində, Yava dənizində bərənin qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub, 130 nəfərin axtarışları isə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Qəza zamanı 107 nəfər təxliyə olunub. İndoneziyanın nəqliyyat naziri Dudi Purvaqandi gəminin aşdığını, lakin batmadığını bildirib.
Gəmidə 243 sərnişinin olduğu bildirilir. Surabayadan Banjarmasinə hərəkət edən bərə əlverişsiz hava şəraiti səbəbindən əlaqəyə çıxmağı dayandırıb.
***
07:23
İndoneziya sahillərində göyərtəsində ən azı 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” ölkənin axtarış-xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, bərə İndoneziyanın Surabaya şəhərindən Banjarmasin şəhərinə doğru hərəkət edib.
Hadisənin digər detalları barədə məlumat verilməyib.