BAKI, 7 fevral. TELEQRAF

İtaliya Prezidenti Sercio Mattarella Milan və Kortina-d’Ampezzo şəhərlərində keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarını rəsmi olaraq açıq elan edib.

Teleqraf xəbər verir ki, açılış mərasimi Milan şəhərindəki “San-Siro” olimpiya stadionunda baş tutub.

Bununla yanaşı, təşkilatçılar bir neçə məkanın eyni vaxtda istifadəsini qərara alıblar. İdmançıların paradı Kortina-d’Ampezzo, Predatso və Livinyo şəhərlərində də keçirilir. Bu format sıx yarış cədvəlinə görə bütün iştirakçıların Milana gələ bilməməsi nəzərə alınaraq seçilib.

Olimpiya və Paralimpiya Oyunları-2026-nın Təşkilat Komitəsinin sədri Covanni Malaqo rəsmi hissədə ilk çıxış edən şəxs olub. O, bu mötəbər idman tədbirini həm İtaliya, həm də dünya idman tarixində yeni bir səhifə adlandırıb.