BAKI, 15 sentyabr. TELEQRAF
2026-cı ilin ilk 6 ayında cari əməliyyatlar balansında 4.7 milyard dollar həcmində profisit formalaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-ci ilin ilk 6 ayınən yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 12.4% təşkil edib.
Kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 3.3 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 300 milyon dollar artması səbəbindən 3 milyard dollarlıq kəsir yaranıb.