BAKI, 15 sentyabr. TELEQRAF

Rusiya freqatı Danimarka Silahlı Qüvvələrinə məxsus helikopteri Gedser yaxınlığında siqnal raketləri (flares) ilə atəşə tutub.

Teleqraf xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinə istinadla TV2 məlumat yayıb.

Söhbət Danimarka Hərbi Hava Qüvvələrinin “Fennec” helikopterindən gedir. Bildirilib ki, insident beynəlxalq sularda üzən Rusiya freqatının planlı fotosessiyası zamanı baş verib.

Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya freqatı helikopter istiqamətində iki siqnal raketi buraxıb. Onlardan biri təhlükəli dərəcədə hava gəmisinin yaxınlığından keçib.

Flares dənizdə siqnal vermək və diqqəti cəlb etmək üçün istifadə oluna bilən pirotexniki vasitədir.

Danimarka Müdafiə Nazirliyi insidentin digər təfərrüatlarını açıqlamayıb.