BAKI, 15 sentyabr. TELEQRAF

Cəri əməliyyatlar balansının profisiti neft-qaz sektoru üzrə profisiti 24% artaraq 9 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-ci ilin ilk 6 ayınən yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

O əlavə edib ki, qeyri-neft-qaz sektoru üzrə isə 4.3 milyard dollar kəsir yaranıb.

S.Nəsirov qeyd edib ki, Azərbaycanda 2026-cı ilin 6 ayının yekunları üzrə tədiyyə balansı qlobal mühitdə baş verən proseslərdən təsirlənib:

“Qlobal xammal, xidmət və maliyyə bazarlarındakı qiymət dəyişiklikləri bizim tədiyyə balansına birbaşa təsir edib”.