BAKI, 15 sentyabr. TELEQRAF

ABŞ prioritetinin İran olduğunu əsas gətirərək, Yəmənin üsyançı “Ənsarallah” Hərəkatı (husilər) ilə münaqişədə Səudiyyə Ərəbistanına havadan müdafiə dəstəyi verməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) diplomatik mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, husilər ötən həftə Qırmızı dəniz sahili boyunca hərəkətə keçərkən, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman dəstək xahişi ilə ABŞ Prezidenti Donald Trampa zəng edib. Amma o, rədd cavabı alıb. Tramp bildirib ki, diqqəti İranda olduğu üçün müdaxilə etməyə hazır deyil.

Nəşr qeyd edib ki, Səudiyyə Ərəbistanı cənubda husilərin, şimalda isə İraqdakı silahlı qruplaşmaların hücum təhlükəsi ilə üz-üzə qalıb.

FT-nin fikrincə, hazırkı vəziyyət 2018-ci ildən bəri vəliəhd üçün ən böyük sınağa çevrilib. O, bundan əvvəl krallığı Yəmən münaqişəsindən çıxarmağa çalışsa da, husilər iyulda Səudiyyə Ərəbistanı limanlarına blokada elan ediblər. Ər-Riyad onların tələblərini şantaj kimi qiymətləndirir və eskalasiya ilə yeni atəşkəs arasında tərəddüd edir.