BAKI, 15 sentyabr. TELEQRAF

“Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması bütün məsələlərin həll olunduğu demək deyil, amma biz artıq təsdiqlənmiş sülhü qorumalıyıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.

“Təsdiqlənmiş sülh o demək deyil ki, əsəbləri qıcıqlandıran mövzular olmayacaq. Əlbəttə, olacaq və var, elə bəyanatlar olacaq ki, insanın içindəki kimliyi bişəcək. Amma biz buna necə münasibət göstərməliyik? Qiymət verməliyikmi? Verək. Amma bu o deməkdirmi ki, bu qədər ağır səylər, minlərlə qurban, litrlərlə qan bahasına əldə etdiyimiz şeyi götürüb suya ataq və deyək ki, hər şey bitdi, bir şey deyiblər, bizim xoşumuza gəlməyib, deməli, sülh yoxdur? 30 il davam etmiş münaqişədən sonra artıq 2 il yarımdır sərhəddə atəş nəticəsində ölən olmayıb. Bu, sakitlik, iş və səy tələb edən sülhdür”, - o bildirib.