BAKI, 15 sentyabr. TELEQRAF
"Bakıda olmaqdan son dərəcə məmnunam. Azərbaycanla bağlı çox gözəl xatirələrim var. Azərbaycan 44 gün ərzində Qarabağ torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etdi".
Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” panel seriyasının ikinci tədbirində Türkiyə Prezidentinin baş müşaviri və Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Seyit Sertçelik deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının bugünkü vəziyyətə çatmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu böyükdür.
S. Sertçelik bildirib ki, Türk dünyasını birləşdirən ortaq tarixi və mədəni dəyərlər siyasi və strateji əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət təşkil edir.