BAKI, 15 sentyabr. TELEQRAF

2026-cı ilin birinci yarısında xalis olaraq ölkəyə daxil olan pul baratlarının həcmi 540 milyon dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-ci ilin ilk 6 ayınən yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, ölkəyə daxil olan pul baratlarının həcmi təxminən 748 milyon dollar, ölkədən çıxan pul baratlarının həcmi isə 207 milyon dollar olub:

“Daxil olan pul baratlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Ölkədən çıxan pul baratlarının həcmi isə təxminən 13 faiz azalıb.

Pul baratlarının həcminə görə ilk beşliyə nəzər salsaq, birinci yerdə Rusiya Federasiyası qərarlaşıb. Növbəti yerləri Türkiyə, Amerika Birləşmiş Ştatları, Gürcüstan və Birləşmiş Ərəm Əmirlikləri tutur.

Hesabat dövründə ölkədən xaricə köçürülən pul baratlarının həcminə görə ilk beşlikdə Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Gürcüstan və Böyük Britaniya yer alıb”.