BAKI, 15 sentyabr. TELEQRAF
"Bakı həm bəşəri, həm də Türk dünyası baxımından unikal və mühüm bir mərkəzdir. Türk dünyasının önəmli mərkəzlərindən biri olan Bakıda bu paneli keçiririk".
Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” panel seriyasının ikinci tədbirində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavini Ferhat Pirinççi deyib.
"Qazaxıstanda başlayan və Bakıda davam edən bu panel digər türk dövlətləri arasında dialoqu gücləndirmək, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq ideyaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bakı başda olmaqla, bundan sonra digər paytaxt şəhərlərində də müxtəlif tədbirlər keçirəcəyik.
Oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü ilə bağlı perspektivlər də panelin gündəliyində yer alacaq", - deyə Ferhat Pirinççi əlavə edib.