BAKI, 16 dekabr. TELEQRAF
AFFA "Qəbələ" komandasını 1000 manat cərimələyib.
Teleqraf xəbər verib ki, bu barədə İntizam Komitəsinin iclasında qərar verilib.
Azərbaycan Premyer Liqasında XV turun “Kəpəz” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində meydan sahiblərinin 12 nömrəli futbolçusu İbrahim Sanqare ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyuna buraxılmayacaq. “Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimələnib.
Həmçinin, “Turan Tovuz” – “Sabah” oyununda “Sabah” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat ziyana düşüb.
“İmişli” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilib. “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat ziyana düşüb.