BAKI, 11 iyul. TELEQRAF
Keniyalı atlet Emmanuel Vanyonyi 1 000 metr məsafəyə qaçış üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, rekord Monakoda keçirilən Brilyant Liqa mərhələsində qeydə alınıb.
21 yaşlı idmançı məsafəni 2 dəqiqə 11,83 saniyəyə qət edərək dünya rekordunu yeniləyib.
Əvvəlki rekord da keniyalı atlet Nuh Ngeniyə məxsus idi. O, 1999-cu ilin sentyabrında 2 dəqiqə 11,96 saniyə nəticə göstərərək rekord müəyyənləşdirmişdi. Beləliklə, Vanyonyi 27 ilə yaxın qüvvədə qalan göstəricini geridə qoyub.
Qeyd edək ki, 1 000 metr məsafəyə qaçış nə dünya çempionatlarının, nə də Olimpiya Oyunlarının proqramına daxil deyil.
Emmanuel Vanyonyi 800 metr məsafəyə qaçış üzrə Olimpiya çempionu və dünya birinciliyinin qalibidir.