BAKI, 16 iyul. TELEQRAF
Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatı başa çatana qədər Argentina millisini siyasi bannerə görə cəzalandırmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə "COPE" radiosu məlumat yayıb.
FIFA həmçinin 2026-cı il Dünya Kubokunun yarımfinal matçından sonra siyasi banner nümayiş etdirən Argentina milli komandasının oyunçularının hərəkətlərini araşdıracaq.
Qeyd edək ki, İngiltərəyə qarşı yarımfinalın final fitindən sonra Argentina milli komandasının oyunçuları meydanda üzərində ispan dilindən tərcümədə "Malvinas (Folklend adaları -red) adaları argentinalılardır" kimi tərcümə olunan "Las Malvinas son Argentinas" yazılı banner açıblar.