BAKI, 17 iyul. TELEQRAF
“Şəfa” növbəti mövsümdə ev oyunlarını Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirəcək.
Teleqraf xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlamasında deyib.
O, 2026/2027 mövsümünün püşkatmasından sonra klublarln ev oyunlarını keçirəcəyi stadionlarla bağlı məlumat verib: “Ümumilikdə, ötən illə müqayisədə hazırda komandaların stadionlarla bağlı vəziyyəti qənaətbəxşdir.
“İmişli” apardığı danışıqlar nəticəsində ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək. Yeganə stadion problemi yaşayan klub isə “Araz-Naxçıvan”dır”.