BAKI, 12 iyul. TELEQRAF
İngiltərə millisinin qapıçısı Cordan Pikford dünya çempionatlarında keçirdiyi oyunların sayına görə komandanın tarixində yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, İngiltərə millisinin qapıçısı Cordan Pikford dünya çempionatının 1/4 final mərhələsində Norveçə qarşı keçirilən oyunda start heyətində meydana çıxmaqla mundiallarda 18-ci matçına çıxıb.
32 yaşlı qapıçı bununla da dünya çempionatlarında İngiltərə millisinin heyətində ən çox oyun keçirən futbolçu olub.
Əvvəlki rekord 17 oyunla hücumçu Harri Keyn və sabiq qapıçı Piter Şiltona məxsus idi. Şilton 1982, 1986 və 1990-cı illərdə keçirilən dünya çempionatlarında İngiltərə millisinin formasını geyinib.
Qeyd edək ki, Cordan Pikford indiyədək İngiltərə millisinin heyətində 89 oyuna çıxıb.